t Xaricdəki azərbaycanlılarla bağlı qərarda DƏYİŞİKLİK
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Xaricdəki azərbaycanlılarla bağlı qərarda DƏYİŞİKLİK

Xaricdəki azərbaycanlılarla bağlı qərarda DƏYİŞİKLİK

Xarici İşlər naziri Elmar Məmmədyarovun “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Qaydaları”na dəyişikliklər edilməsi haqqında qərar imzaladığına dair xəbər yayılıb.  

Sənədin 3-cü hissəsinin adında “Xarici ölkələrdə daimi yaşayan” sözləri “Xaricdə yaşayan” sözləri ilə əvəz edilib.  Bu hissə xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotu ilə bağlıdır.  

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Cebhe.info-ya verilən açıqlamaya görə, müvafiq dəyişiklik Prezident İlham Əliyevin 2019-cu il 12 mart tarixli 585 nömrəli Fərmanın 1.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib: 

“Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1500-VQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 mart tarixli 585 nömrəli Fərmanın 1.3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2012-ci il 12 sentyabr tarixli Q/07-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Qaydaları”nda müvafiq dəyişikliklər olunub”.

Xatırladaq ki, dəyişiklikdən əvvəl həmin bənddə yazılırdı ki, Azərbaycan Respublikasının konsulluğu xarici ölkələrdə daimi yaşayan Azərbaycan vətəndaşlarının hərbi uçotunu aparır. 

Bildirilirdi ki, konsulluq kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmaları məqsədilə onların Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarə, şöbə və bölməsinə gəlmələrini təmin edir. 

Həmin vətəndaşlar üçün doldurulmuş uçot vərəqəsində hərbi vəzifəlilər üçün “hərbi vəzifəli”, çağırışçılar üçün “çağırışçı” qeydləri edilir.

Əlavə iki xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot vərəqəsi ilə əlaqədardır. 

Əlavənin 6-cı bəndində göstərilir ki, xarici ölkədə müvəqqəti yaşayış ünvanı, telefon nömrəsi, e-mail qeyd olunmalıdır. 

Yeni qərarla isə artıq hərbi vəzifə də göstərilməlidir. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 826