hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Xaricdən onkoloji xəstələr üçün həyati vacib dərman gətirildi

Xaricdən onkoloji xəstələr üçün həyati vacib dərman gətirildi

Rusiyaya ilk dəfə olaraq uzun müddətə "Prokarbazin" dərman preparatı gətirilib. Bu, onkoloji xəstələr üçün həyati vacib preparatdır və artıq hər bir xəstə üçün əlçatan olacaq.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustinin sözlərinə istinadən, "İnterfaks" məlumat yayıb.

"Bu preparat çoxdan idi ki, ölkəmizə gətirilmirdi. İndi hökumətin qərarı ilə uzun müddətə "Prokarbazin" alınacaq və ölkəyə gətiriləcək. Ehtiyacı olanlar bu preparatı ala biləcəklər", - deyə Mişustin bildirib.

Mişustin daha sonra vurğulayıb ki, Rusiya hökuməti onkoloji xəstələri daim diqqətdə saxlayır və lazımi preparatlarla təmin etməyə çalışır.

Qeyd edək ki, bir müddət əvvəl məlum olub ki, Rusiya Səhiyyə Nazirliyi ölkədə onkoloji xəstələr üçün olan preparatların qıtlığını məhdudlaşdırmaq üçün bu preparatların buraxılış qiymətlərinin qaldırılmasını tövsiyə edib. Hazırda bu layihənin müzakirəsi gedir.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1156