hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Xarici ticarət statistikası: “İnflyasiyanın alternativ hesablanması əhəmiyyətlidir” – İqtisadçı

Xarici ticarət statistikası: “İnflyasiyanın alternativ hesablanması əhəmiyyətlidir” – İqtisadçı

“Xarici ticarət statistikası üzrə məlumatlar göstərir ki, 2020-ci ildə idxal mallarında, xüsusən qida məhsullarında xeyli bahalanma var.

Məsələn, 10 aylıq nəticələrə görə, 40 adda qida məhsulu seçdim, həmin məhsul səbətində 4,5 faiz bahalaşma görünür. Dövlət Statistika Komitəsinin son yaydığı illik rəqəmlərdən də bunu müşahidə etmək mümkündür. Belə ki, 2020-ci ildə cari qiymətlərlə hesablandıqda idxal 22 faiz azaldığı halda, 2019-cu ilin qiymətlərilə 36 faiz azalıb.

Aydındır ki, 1 il əvvəlin idxal qiymətləri daha ucuz olduğu üçün müqayisəli qiymətlərlə 2020-ci ilin idxalının dəyəri daha aşağı düşür. Məsələn, 2019-cu ilin idxal qiymətləri daha baha olsa idi, əksinə olacaqdı”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

O bildirib ki, bu məsələdə diqqəti çəkən bir vacib məqam var:

“Əvvəla, rəsmi statistika 2020-ci il üçün Azərbaycanda 2.6 faizlik inflyasiya göstərir. İstehlak bazarı idxaldan yüksək asılı ölkədə idxalın belə bahalanmasının inflyasiyaya təsirsiz ötüşməsi xeyli maraqlı görünür. Təsirsiz o mənada ki, 2019 və 2020-də təxminən eyni inflyasiya göstərlir. Digər tərəfdən Azərbaycanın idxalının 60 faizini təmin edən Rusiya və Türkiyə milli valyutalarının manat qarşısında kəskin dəyər itirməsi 2020-ci ildə bu ölkələrin idxalını daha ucuz etməli idi. Bu məsələ inflyasiyanın alternativ hesablanmasının əhəmiyyətini bir daha göstərir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 738

Bizim Telegram səhifəmizi izləyin