hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Xərçəngə qalib gələn müğənnidən kişilərə məsləhət

Xərçəngə qalib gələn müğənnidən kişilərə məsləhət

Dünyaca məşhur rok ulduzu Rod Styuart 3 ildir mübarizə apardığı xərçəng xəstəliyinə qalib gəlib.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, prostat xərçəngindən əziyyət çəkən 74 yaşlı ifaçı artıq tamamilə sağaldığını deyib. 2016-cı ildə xəstə olduğunu öyrənən Styuart erkən diaqnozun önəmini vurğulayıb. O, kişilərə səslənərək, mütəmadi həkim nəzarətindən keçməyi məsləhət görüb.

Müğənni eyni zamanda stresdən, içkidən və digər pis vərdişlərdən uzaq durmağı tövsiyə edib.

Cebhe.info


Oxunma sayı: 485