hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Xərçəngdən qorunmağın ən asan yolu: “Günəş vitamini”

Xərçəngdən qorunmağın ən asan yolu: “Günəş vitamini”

D vitamini xərçəng hüceyrələrinin yayılması və ölümlərin qarşısıı almağa kömək edir.

Cebhe.info xəbər verir ki, bunu ABŞ-da mütəxəssislərin apardığı araşdırma üzə çıxarıb. "Express" xəbər verir ki, “Günəş vitamini” xərçəngə tutulma və bu xəstəlikdən ölümlərin qarşısını almağa yardım edir.

Belə ki, D vitamini qəbul edən xərçəng xəstələrində metastaz 38 faiz daha az müşahidə olunub. Bol D vitamini alan şəxslərin isə xərçəngə yoluxması 17 faiz daha az olur.

Mütəxəssislər bildiriblər ki, bu vitamin insanlara çox faydalıdır. Xüsusilə soyuq və günəşin az olduğu ölkələrin əhalisi D vitaminini vaxtlı-vaxtında qəbul etməlidir. D vitaminini günəşlə yanaşı, balıqdan, yumurta sarısından da əldə qəbul etmək olar.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1970

Bizim Telegram səhifəmizi izləyin