hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Xətai İcra Hakimiyyəti sakinləri narazı salır - FOTO - VİDEO

Xətai İcra Hakimiyyəti sakinləri narazı salır - FOTO - VİDEO

Bakı şəhərinin Xətai rayonunda xeyli sayda tikinti-quruculuq işləri görülüb. Xüsusən Nəsrəddin Tusi küçəsində salınan yeni park sakinləri razı salıb.

Qeyd edək ki, “Movida Plaza” şadlıq sarayına yaxınlıqda yerləşən parkın ərazisi işbazlar tərəfindən satın alınmışdı. Lakin sakinlərin etirazı nəticəsində Xətai rayon İcra Hakimiyyəti ağacların kəsilməsinin, ərazinin iş adamlarına satılmasının qarşısını aldı. Ərazidəki obyekt və köşklər, dəmir və daş hasarlar söküldü, içərisində uşaq oyun meydançası və idman qurğuları olan park salındı.

Bu günlərdə “Bəy hamamı” (“Park House”) adlanan obyektdən 62 saylı marşrut avtobusunun sonuncu dayanacağına qədər yola asfalt salınıb. Bütün bunlar yerli sakinləri razı salır.

Lakin N.Tusi 20, 21, 22 və digər ünvanlarda həyətlər bərbad gündədir. Sonuncu dəfə bura asvalt 2010-cu ilə parlament seçkiləri ərəfəsində salınıb. Sakinlərin verdiyi məlumata görə, bir neçə gün bundan öncə N.Tusi 22 ünvanda yerləşən binanın həyətinə asvalt salınmağa başlanıb. Həyətdə asvaltlama işləri baş çatdırılıb. Maraqlıdır ki, Xətai rayon İcra Hakimiyyəti N.Tusi küçəsinin sakinlərinə qarşı ayrı-seçkilik edib.

“Ən çox təmirə ehtiyacı olan ərazi N.Tusi 21-in həyətidir. Bura alçaqda yerləşir. Yuxarıdan axan yağış suları N.Tusi 21-in zirzəmisinə dolur, həyəti bərbad vəziyyət salır. Əslində, birinci növbədə bu ərazi asfaltlanmalı idi. N.Tusi-21-in həyətində uşaq idman meydançası var. Bərbad vəziyyətdədir. Oranı asfaltlamaq lazım idi. Lakin iş icraçıları həyətə yamaq vuraraq çıxıb getdilər”,-deyə sakinlər bildrib.

Sakinlərin bildirdiyinə görə, Xətai rayon icra Hakimiyyəti təmir-quruculuq işlərini Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edib. N.Tusi küçəsinin sakinləri bu ayrı-seçkiliyə son qoyulmasa etiraz aksiyalarına başlayacaqlarını bildirib.

“İndi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə şikayətə gedirik. Bu, biabırçılığa son qoymasalar Nazirlər Kabinetinə, Prezident Adminstrasiyasına müraciət edəcəyik”,-deyə sakinlər bildirib.

Aydın
Cebhe.info


Oxunma sayı: 2707

Bizim Telegram səhifəmizi izləyin