Xətai rayonunda yol qəzası olub: Xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xətai rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 1989-cu il təvəllüdlü Ağayevə Vüsalə Vaqif qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyn travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Cebhe.info
Oxunma sayı: 1332