hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Xətaidə “yaşıl soyqırım”: Ağacları bu şəxs kəsib - FOTO

Xətaidə “yaşıl soyqırım”: Ağacları bu şəxs kəsib - FOTO

Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93/99 ünvanında kəsilən ağacların yerində yeniləri əkilir.

Cebhe.info xəbər verir ki, Xətai rayonun sakinləri iməcilik təşkil edib və artıq ağacların kəsildiyi sahədə təmizlik işləri apararaq, yenidən ağac əkməyə başlayıb. Sakinlər tinglərin verilməsi üçün aidiyyatı qurumlara müraciət ediblər.

Qeyd edək ki, mayında 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət təkrarən nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 2 gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov ağacların kəsildiyi Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanına baş çəkib və məsələnin araşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə nazirlik tərəfindən "məcburi göstəriş” verilib.

Cebhe.info-ya sözügedən ərazidə ağacların kəsilməsi barədə göstəriş verən mülkiyyətçi Həzrət Temirovun görüntüləri təqdim olunub.

Şəxsin Qazaxıstan vətəndaşı olduğu bildirilir.

Səyad Həsənli

Cebhe.info


Oxunma sayı: 3037