hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Xəzər Dəniz Gəmiçiliyində sıravi heyətin işə qəbulu ilə bağlı müsahibə keçirilib

Xəzər Dəniz Gəmiçiliyində sıravi heyətin işə qəbulu ilə bağlı müsahibə keçirilib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasında sıravi heyətin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

QSC-dən verilən məlumata görə, bu mərhələdə 3-4 aprel tarixlərində nəzəri biliklərin yoxlanılması məqsədilə keçirilən test imtahanlarında uğurlu nəticə göstərmiş namizədlər iştirak ediblər. Müsahibə zamanı ASCO-nun Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanmasının Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətləri, Donanmanın texniki istismar xidməti, Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin mütəxəssisləri namizədlərin əməyin mühafizəsi normaları, dünyagörüşü, böhran vəziyyətlərində idarəetmə və qərarvermə ilə bağlı bilik və bacarıqlarını yoxlayıblar.

Müsahibənin gedişini Hüquq, Audit və İnsan Resurslarının İdarəedilməsi Departamentinin əməkdaşları müşahidə ediblər.

Qeyd edək ki, ASCO-nun insan resurslarının idarəedilməsi qaydalarına əsasən test imtahanı və müsahibədən uğurla keçən namizədlər donanmaların işçi ehtiyacına uyğun işlə təmin ediləcək və ya Ehtiyat Kadr Bazasına əlavə olunacaqlar.

Cebhe.info


Oxunma sayı: 3809