hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Xəzər dənizini lay sularına bürüyən kimlərdir? - FOTOLAR

Xəzər dənizini lay sularına bürüyən kimlərdir? - FOTOLAR

“Cəzasızlıq sindromu cinayətin inkişafıdır. COVID 19-la bütün ölkələr mübarizə aparır. Hər yer dezinfeksiya olunur, təmizlənir və s. “Neft Daşları” neft və qaz çıxarma idarəsi (NQÇİ) isə dəniz çirkləndirilməkdə davam edir”.

Cebhe.info xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.

Dənizin çirkləndirilməsi ilə bağlı fotolar paylaşan hüquq müdafiəçisi lay suların birbaşa dənizə axıdıldığını qeyd edib:

““Neft Daşları”nın ərazisinə bələd olanlar dəqiq bilir ki, ən çox çirkləndirilən hissə anbar və neft yığım çənləri tərəfdi. Buradan bütün əraziyə yayılır və külək də həmin istiqamətdən əsir”.

QHT sədri onu da əlavə edib ki, “Neft Daşları” NQÇİ-nin rəisi “Azneft” İstehsalat Birliyinin (İB) keçmiş Baş direktoru, hazırda SOCAR-ın vitse- prezidenti Daşqın İsgəndərovun şirkətdəki çoxsaylı yaxın qohumlarından biridir.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3928