hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Xəzərdə böyük təhlükə: İrandan virus gəlir? - Sakinlərə QADAĞA qoyuldu

Xəzərdə böyük təhlükə: İrandan virus gəlir? - Sakinlərə QADAĞA qoyuldu

Türkmənistanın Türkmənbaşı və digər şəhərlərində dənizdə çimmək, balıq tutmaq və balıqçı qayıqlarında səyahət qadağan edilib.

Cebhe.info xəbər verir ki, Xəzər dənizi sahillərində yerləşən yaşayış məskənlərinin sakinlərinə artıq qadağalarla bağlı xəbərdarlıq edilib. Bu barədə "Türkmənistan xronikası" yazır. Məlumata görə, polis naryadı sahil boyunca nəzarəti gücləndirərək qadağaların pozulmasının qarşısını alır.

Hələlik qadağaların səbəbi açıqlanmır. Ancaq sakinlər dəniz suyunda çox miqdarda zibil, istifadə olunduğu güman edilən maska və tibbi əlcəklər olduğunu deyib. Zibilin Xəzərin İrandan keçən hissəsindən gəldiyi bldirilir. Hökumətin məhz buna görə profilaktik olaraq dənizdən istifadəni bir müddət qadağan etdiyi deyilir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 14059