hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Xəzərdən gələcək təhlükə: Direktor fəsadları istisna etmir

Xəzərdən gələcək təhlükə: Direktor fəsadları istisna etmir

İranın Xəzər dənizi üzrə Milli Araşdırmalar Mərkəzinin sədri Seyid Məsumə Bəni Haşiminin sözlərinə görə, Xəzər dənizinin səviyyəsi ötən illə müqayisədə 18 sm düşüb.

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov isə bunun səbəbini Volqa çayının suyunun azalması ilə izah edib.

O bildirib ki, Xəzər dənizinin səviyyəsi 1,5-2 metr düşərsə, bunun böyük fəsadları olacaq.

Maraqlıdır, Xəzərin səviyyəsinin sonradan qalxma ehtimalı varmı?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Ramiz Məmmədov bildirib ki, səviyyənin qalxması mümkündür, lakin bunun nə vaxt baş verəcəyini demək mümkün deyil:

“Əlbəttə, səviyyənin həm düşməsi, həm də qalxması mümkündür. Ona görə ki, Xəzər dənizinin səviyyəsi bir qədər düşür, sonra təkrar yuxarı qalxır. Dəqiq nə vaxt qalxacağını isə deyə bilmərəm. Volqa çayının suyunun qalxacağını demək də çətindir. Çünki bunlar təbii proseslərdir. Onların uzunmüddətli proqnozunu vermək mümkün deyil. Çünki onlar iqlim dəyişmələri ilə əlaqədardır. İqlim dəyişir, onun proqnozu verilmir, nəticədə bunların proqnozunu vermək də çətinləşir. Hər halda müəyyən vaxtdan sonra Xəzərin səviyyəsinin düşməsi dayanacaq.  Dənizin səthinin sahəsi azalır, bunun nəticəsində də səthdən buxarlanan suyun miqdarı azalır. Bu isə səviyyənin aşağı düşməsini ləngidir.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 749