hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

XƏZƏRİN O TAYINDA: Prezident qoşunu gecə yarısı ayağa qaldırdı, velosipedə oturdu və...

XƏZƏRİN O TAYINDA: Prezident qoşunu gecə yarısı ayağa qaldırdı, velosipedə oturdu və...

Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov əvvəlcədən müəyyən edilməmiş hərbi təlim keçirib. 

O, hərbi təlim zaman öz atış bacarığını sərgiləyib. 

Cebhe.info yerli mətbuata istinadən yazır ki, dövlət başçısı gözlənilmədən qoşunların hazırlıq səviyyəsini yoxlamaq qərarına gəlib. Gecə yarısı qoşun birləşmələrinin döyüş hazırlığı vəziyyətinə gətirilməsini tapşırıb. Hərbi hissələrlə yanaşı döyüş təyyarə və helikopterlər də hazırlıq vəziyyətinə gətirilib.

Qoşunlara baxış keçirən prezident gözlənilmədən velosipedə əyləşib və atəş açmağa başlayıb. Hədəfi vuran türkmən prezident öz fiziki hazırlığından və bacarığından razı qalıb. O, özünü gənclərə nümunə kimi göstərib. Xatırladaq ki, Q.Bedımuhəmmədov 2006-cı ilin sonundan ölkəyə rəhbərlik edir. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 3059