hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

XƏZƏRİN O TAYINDA:Səhraya qırmızı xalı döşəyib, Prezidentə kartondan ev tikdilər- FOTOLAR

XƏZƏRİN O TAYINDA:Səhraya qırmızı xalı döşəyib, Prezidentə kartondan ev tikdilər- FOTOLAR

Qaraqum səhrasındakı süni "Altın əsir" gölünün kənarında yeni kəndin əsası qoyulub. Cebhe.info xəbər verir ki, kəndin əsasının qoyulması mərasimində Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov da iştirak edib. Prezidentin gəlişi münasibətilə kartondan evlər hazırlanıb. Gələcəkdə həmin evlərin oxşarı səhrada tikiləcək.

Berdımuhəmmədov əvvəlcə helikopterlə yeri müşahidə edib, daha sonra yerə enib. Artistlər Prezident qarşısında çıxışlar edib, rəsq və mahnılar təqdim olunub.

Qumun üstünə Prezidentin keçidi üçün qırmızı xalı döşənib. Prezident iştirakçıları salamlayıb. Onun müəllifi olduğu "Türkmənistan- Böyük İpək Yolunun ürəyi" kitabından səhnələşdirilmiş parçalar göstərilib. Səhranın ortasına Prezidentin müəllifi olduğu kitabların karton səhifələri düzülüb.

Ərazidə məktəb, həkim məntəqəsi, mədəniyyət evi tikiləcək. Günəş və külək enerjisi əldə etmək üçün avadanlıq quraşdırılacaq. Qumda hətta balaca hovuz da quraşdırılıb. Kiçik ərazini polietilenlə örtərək su töküb və hovuz görüntüsü yaradıblar. 

Xəzər

Cebhe.info


Oxunma sayı: 8130