hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Xidmət rəisindən tələbələrə təklif: “Birgə görüş, müzakirə təşkil edə bilərik”

Xidmət rəisindən tələbələrə təklif: “Birgə görüş, müzakirə təşkil edə bilərik”

“Bu gündən tələbə həyatına başlayan bütün gəncləri təbrik edir, uğurlar arzulayıram”. 

Cebhe.info xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yeni dərs ili ilə bağlı deyib. 

V.Hüseynov gənclərə təklif verib:

“Bu gün tələbələr özlərinə qısa bir məktub (e-mail) yaza bilərlər. Məktuba birinci kurs müddətindən gözləntilərini, il ərzində əldə etmək istədiklərini, məqsəd və hədəflərini qeyd etsinlər. İlin sonunda məktubda yazdıqlarınızı oxumaqda və birgə müzakirə etməkdə fayda olacağını düşünürəm. Tədris ilinin sonunda bu məsələni xatırladacağam, birgə görüş, müzakirə təşkil edə bilərik”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 518