XİN-dən İrəvana xatırlatma: "İlham Əliyev status məsələsini tarixin zibilliyinə göndərdi"

"Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir."
Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəsmilərinin Dağlıq Qarabağa qanunsuz səfərinə münasibətində bildirib.
Qeyd olunub ku, rəsmi Bakının icazəsi olmadan Ermənistan Xarici İşlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər:
"Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan Xarici İşlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik."
Cebhe.info
Oxunma sayı: 3532
Bizim Telegram səhifəmizi izləyin