hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

XİN-dən Ukraynada erməni döyüşçüyə abidə ucadılması xəbəri ilə bağlı açıqlama -  ÖZƏL

XİN-dən Ukraynada erməni döyüşçüyə abidə ucadılması xəbəri ilə bağlı açıqlama -  ÖZƏL

Ukraynada Azərbaycanla münasibətlərə zərbə vuracaq hadisə baş verib.

Cebhe.info xəbər verir ki, paytaxt Kiyev şəhərində 2016-cı ilin aprel döyüşlərində ölmüş ermənilərin xatirəsinə abidə ucaldılıb. Abidənin qarşısına toplaşan erməni diasporasının nümayəndələri işğalçı əsgərləri anmaq üçün abidənin qarşısına güllər düzüb, şamlar yandırıb.  

Abidənin açılışında Ermənistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Seyranyan, Ukrayna Erməniləri İttifaqının sədr müavinləri David Mkrtçyan və Armen Vardanyan, Kiyev erməni icmasının rəhbəri Norik Gevorkyan, erməni kilsəsinin nümayəndələri və “Ukrayna erməniləri” Vətəndaş Platformasının təmsilçiləri iştirak  edib. 

Kilsə mərasimindən sonra səfir Seyranyan media iştirakçılarına və erməni icmasına müraciət edib. 

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən Cebhe.info-ya verilən özəl məlumata görə, Ukraynada aprel hadisələri ilə bağlı heç bir abidə ucadılmayıb:

“Bəzi kütləvi informasiya vasitələrində Kiyevdə 2016-cı ilin aprel hadisələrində erməni döyüşçülərinin xatirəsinə abidənin ucaldılması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Qeyd etmək istərdim ki, mətbuatda yayılmış abidə şəkilləri hələ 2015-ci ildə Kiyev şəhərində qondarma “erməni soyqırımı”nın ildönümünə həsr edilmiş xaçkar daşıdır. Bu gün Ukrayna ərazisində 20-dən çox bu kimi xaçkarlar mövcuddur. Kiyevdə xaçkar daşı qarşısında bu ilin 5 aprel tarixində yığılanlar isə yalnız bu ölkədəki erməni icmasının nümayəndələridir”.

İlkin Sultanlı
Cebhe.info


Oxunma sayı: 13029