hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı

XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov və digər vəzifəli şəxsləri- Nurupaşa Abdullayev, Səlim Əlizad, İlqar Əliyevin barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimatlar təmin edilib.

Təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirlərinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edə ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin şəxslər barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. (apa)

Cebhe.info


Oxunma sayı: 1211