hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Xırdalanda parklanmaya nəzarət yoxdur: Sakinlər tıxacdan şikayətlənir

Xırdalanda parklanmaya nəzarət yoxdur: Sakinlər tıxacdan şikayətlənir

Xırdalan sakinləri yolda yaranan tıxacdan yenə şikayətlənir.

Avtosfer.az xəbər verir ki, Heydər Əliyev prospektində yol örtüyü yenilənən zaman əks istiqaməti ayırmaq üçün ayırıcı zolaqlar da təmin edilib. Buna baxmayaraq daim şikayət olunan yerdə yenə də tıxac yaranır. Avtomobillər yolun sağ kənarında çəpəki park edildiyi üçün yolun hərəkət hissəsi daralır və qarşıda avtobusların dayanacaqda dayanmasına maneə yaranır. Avtobus sürücüləri isə məcburi şəkildə ikinci cərgədə dayanaraq sərnişinləri mindirib-düşürürlər. Bu səbəbdən yolda tıxac yaranır.

Xırdalan şəhər sakinləri Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən xahiş edir ki, həmin ərazidə qayda pozaraq yolu kəsən sürücülərin mütəmadi qaydada məsuliyyətə cəlb edilməsi təmin edilsin.

Cebhe.info


Oxunma sayı: 7668