hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Xızıda avtomobil yolu keçən piyadanı vurub öldürdü

Xızıda avtomobil yolu keçən piyadanı vurub öldürdü

Xızı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, noyabrın 6-da saat 18 radələrində Xızı rayonunun Giləzi kəndi ərazisində Neftçala rayon sakini V.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən rayon sakini Ceyhun Abbasovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 364