hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Xocalı qurbanları Sidneydə anıldı-FOTOLAR

Xocalı qurbanları Sidneydə anıldı-FOTOLAR

XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı ilə əlaqədar dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilib. Xarici ölkələrdə yaşayan soydaşlarımız Xocalı qurbanlarının xatirəsini yad edib. Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə məlumatı Cebhe.info-ya Avstraliya-Azərbaycan Assosasiyasının rəhbəri Mikayıl Oyta verib. Onun sözlərinə görə, tədbirdə Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi qətliam barədə geniş məlumat verilib, şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə Türkiyənin Sidneydəki baş konsulu Ali Sevim, Nsv əyalətinin deputatı Linda Volts, Paul Linç iştirak edib.

Aydın
Cebhe.info


Oxunma sayı: 2773