hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Xocavənddə minalanmış ərazidə yanğın baş verib - VİDEO

Xocavənddə minalanmış ərazidə yanğın baş verib - VİDEO

Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Cebhe.info-ya məlumat verilib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.

Cebhe.info


Oxunma sayı: 1574