hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

"Xorvatlar Yurçeviçin xətrinə dəymədilər" - Mahir Şükürov

"Xorvatlar Yurçeviçin xətrinə dəymədilər" - Mahir Şükürov

"Xorvatiya gedib Slovakiyaya 4 top vurur, slovaklar bizə 5 qol vurur... Məncə, xorvatlar Yurçeviçin xətrinə dəymədilər. İstədilər ki, bir xorvatın xətrinə dəyməsinlər". 

Bu sözləri Sport7.az-a millimizin sabiq futbolçusu Mahir Şükürov Azərbaycan yığmasının AÇ-2020-in seçmə oyunları çərçivəsində Xorvatiya ilə heç-heçə etdiyi oyun barədə açıqlamasında bildirib. 

Veteran futbolçu rəqib komandanın meydanda oyun göstərmədiyini qeyd edib: "Uşaqlar dünən əziyyət çəkdilər, pis oynamadılar. Bizim heyətdən 3 nəfəri fərqləndirərdim: Emil Balayev, Qara Qarayev və Təmkin Xəlilzadə.  Ancaq yenə də Xorvatiya Xorvatiyadır. Açıq-aydın görsənirdi ki, xorvatlar meydanda oynamadılar". 

Qeyd edək ki, bu heç-heçə ilə Azərbaycan millisi qrupda ilk xalını qazanıb. 

Cebhe.info


Oxunma sayı: 507