hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Xuliqanların meşəyə gedən yolu bağlanıb - RƏSMİ

Xuliqanların meşəyə gedən yolu bağlanıb - RƏSMİ

“Azərbaycanın beş rayonunda meşələrin girişində kameralar quraşdırılıb. Kamera yerləşdirilən ərazilərdə bu günə qədər cəmi bir xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı aşkarlanıb”.

Bu barədə məlumatı Cebhe.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov verib.

Onun sözlərinə görə, kimliyi məlum olmayan Oğuz rayon sakini tərəfindən meşənin girişində quraşdırılan kamera sındırılıb:

“Faktla bağlı məsələni sənədləşdirib Oğuz Rayon Polis Şöbəsinə təqdim etmişik. Hazırda kameranı sındıran şəxsin kimliyi və tapılması istiqamətində araşdırma aparılır”.

Nazirlik rəsmisi onu da əlavə edib ki, hazırda Zaqatala, Oğuz, Şəki, Qəbələ və Qax rayonundakı meşələrdə kameralar quraşdırılıb:

“İlin sonunadək daha 9 ərazidə kameraların quraşdırılması nəzərdə tutulur. Kamera quraşdırılacaq meşələr seçilib və işlərə başlanılıb. Növbəti ildə də bu işlər davam etdiriləcək”.

Qeyd edək ki, meşələrin girişində quraşdırılan kameralar 24 saat fəaliyyət göstərir və Günəş batareyası ilə işləyir. Kameralar 15 metr hündürlükdə quraşdırılıb, onun çəkdiyi görüntü 48 gün ərzində yaddaşında qalır.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 914