hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Xunta kölgə hakimiyyəti elan edib

Xunta kölgə hakimiyyəti elan edib

Hərbçilər Myanmada hakimiyyəti devirərək ələ alıb və kölgə hakimiyyəti elan edib.

Cebhe.info xəbər verir ki, bu barədə DW məlumat yayıb. Məlumata görə, ölkə televiziyası hərbçilərin bu fəaliyyətini əhali üçün təhlükə olduğunu bildirib.

Bildirilir ki, kölgə hakimiyyətinin bir çox üzvləri əvvəllər "Demokratiya üçün Milli liqa"Partiyasının üzvləri olub və bu partiya 2020-ci ilin noyabr seçkilərində qələbə qazanıb.

Qeyd edək ki, xunta Myanmada hakimiyyəti fevralın 1-nə keçən gecə ələ alıb və bir il müddətinə ölkədə fövqəladə vəziyyət elan edib. Adıçəkilən qalib partiyanın lideri Nobel mükafatı laureatı Aun San Su Çji və daha bir neçə siyasətçi həbs edilib.

Həmin vaxtdan ölkədə putçistlərə qarşı etiraz aksiyaları səngimir. Ölkədə yüzlərlə insan həlak olub, minlərlə adam həbs edilib.

Xatırladaq ki, Cənubi-Şərqi Asiya dövlətləri Assosiasiyası Myanmada xunta rəhbəri ilə güc tətbiqinin dayandırılması haqqında danışıqlar aparıb. Amma həbs edilən siyasətçilərin azad edilməsi məsələsinə toxunulmayıb. Etirazçılar isə adıçəkilən Assosiasiyanın planını tənqid ediblər.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 10594