hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Yüksək təhsil haqqına qarşı aksiya: Səhiyyə Nazirliyi 2 nazirlikdən cavab gözləyir

Yüksək təhsil haqqına qarşı aksiya: Səhiyyə Nazirliyi 2 nazirlikdən cavab gözləyir

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Tibb Universitetində təhsil alan bir qrup rezident Səhiyyə Nazirliyi önündə aksiya keçirib. 

Aksiyanın keçirilmə səbəbi rezidenturaya ödəniş haqqının yüksək olması ilə bağlı olub. Aksiya iştirakçıları təhsil haqqının ləğv edilməsini tələb ediblər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Cebhe.info-ya bildirilib ki, qeyd olunan məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aiddir: 

“Səhiyyə Nazirliyi bu məsələnin həlli - yəni, ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyinə və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir”. 

Cebhe.info xəbər verir ki, əslində nazirlik qarşısına toplaşan bir qrup tələbə rezidenturada təhsil almaq üçün illik ödədikləri 4 000 manatın ləğv olunmasını istəyirlər. Onlar bununla bağlı bildiriblər ki, rezidentura təhsilinə 2011-ci ildə başlanılıb və qəbul ancaq dövlət sifarişi əsasında aparılıb. Ötən il isə dəyişiklik edilərək, ödənişli əsaslarla qəbul həyata keçirilib. Buna baxmayaraq, bu il yenidən rezidentura təhsili almaq istəyənlərin qəbulu yalnız dövlət sifarişi əsasında aparılıb. Bu səbəbdən də tələbələr ödədikləri məbləğin ləğvini istəyirlər.

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1035