hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Yaddaş zəifliyini aradan qaldıran qidalar - Mütəxəssis araşdırması

Yaddaş zəifliyini aradan qaldıran qidalar - Mütəxəssis araşdırması

Stress, pis vərdişlər və yaş - yaddaşa təsir edən vacib amillərdən biridir. Xüsusilə qidalardan aldığımız vitaminlər beynin inkişafını dəstəkləyir və yaşlanma səbəbilə yaddaş itkisini azaldır. 

Cebhe.info xəbər verir ki, mütəxəssislər yaddaş zəifliyinin qarşısını alan qidalardan mütəmadi istifadə etməyi məsləhət görür.

Mütəxəssislərin fikrincə, bəzi qidalar yaddaşın qocalmasının qarşısını alaraq yenilənməni təmin edir. Yaddaş mütəxəssisləri tərəfindən göstərilən qidaların əksəriyyəti B kompleks vitaminləri, C vitamini, omega-3 yağ turşuları və antioksidləşdiricilər bunun üçün çox faydalıdır.

Bəs, yaddaş üçün hansı qidalar yaxşıdır?

Siyahıda qarağat, yumurta, yaşıl çay, balıq (özü və yağı), qoz, balqabaq tumu, tərəvəz kimi qidalar ilk sıralarda gəlir.

Mütəxəssislər hesab edir ki, bu qidalarla yanaşı gündəlik idman etmək, stres atmaq üçün balıq tutmaq, gəzmək kimi işlər görməyi məsləhət verir.

Cebhe.info


Oxunma sayı: 848