hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi səhər saatlarından etibarən zəifləyib, yağıntı isə günortadan sonra kəsiləcək.

Cebhe.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Rayonlarda isə yağışlı hava şəraiti noyabrın 27-si gündüzədək davam edəcək:

"27-si gündüz saatlarından etibarən hava şəraiti sabit, əsasən yağmursuz keçəcək" - deyə G.Məmmədova qeyd edib.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enib.

Cebhe.info


Oxunma sayı: 573