hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Yanğın təhlükəsizliyi qaydaları mövzusunda tədbir keçirilib

Yanğın təhlükəsizliyi qaydaları mövzusunda tədbir keçirilib

Quba rayonu Qam-Qam kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Təhsil Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, tədbir Təhsil Nazirliyinin dəstəyi ilə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən təşkil edilib.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzuları barədə, həmçinin yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları da əyani şəkildə nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün iştirakçılara “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə həyat fəaliyyəti təhlükəsizliyinə dair bilikləri aşılamaq olub. Sözügedən tədbir bölgələrdə yerləşən məktəblərdə müxtəlif zamanlarda təşkil olunmaqdadır.

Cebhe.info


Oxunma sayı: 727