hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

YAP-çı deputat tanınmış bəstəkara zəng: “Nömrəsini tapdım...”

YAP-çı deputat tanınmış bəstəkara zəng: “Nömrəsini tapdım...”

“Bü gün mətbuatda tanınmış Azərbaycan bəstəkarı Gövhər Həsənzadənin Ermənistan nümayəndəsinin “Avroviziya-2019” mahnı yarışmasının final mərhələsinə düşə bilməməsi ilə bağlı müxbir sualına cavabını oxudum”.

Cebhe.info xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib. 

“Görkəmil bəstəkar bunu Ermənistan nümayəndələrinin bir qayda olaraq digər xalqların müsiqisini oğurlaması, özlərinə məxsus xətt olmaması və hazırlıqlı Avropa dinləyicisinin bunun fərqinə varması ilə izah edir. Hörmətli bəstəkarın telefon nömrəsini taparaq ona zəng etdim və gözəl izahı üçün təşəkkür etdim”, - deyə A.Mirzəzadə qeyd edib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 595