hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

YAP-çı deputat gənclərlə görüşdü

YAP-çı deputat gənclərlə görüşdü

Milli Məclisin üzvü Aydın Hüseynov bu gün YAP Qaradağ rayon təşkilatında ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə qazanan gənclərlə görüş keçirib.

Cebhe.info xəbər verir ki, bu haqda Aydın Hüseynov özü məlumat yayıb.

“Bilik və bacarıqları ilə arzularına qovuşan gənclərlə qürur duyduğumu, valideynlərinə və müəllimlərinə təşəkkürlərimi bildirdim. İnsan həyatında tələbəlik anlarının son dərəcə önəmli olduğu barədə danışdıq, seçdikləri ixtisaslar bağlı fikirlərimizi bölüşdük. Daxilən o yaşda keçirdiyim hisslərə qayıtdım və gənclərə xoş arzularımı çatdırdım”-deyə, A.Hüseynov deyib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1849