hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

YAP-çı deputatlar qurultaydan xəbərsizdir: “Heç nə deyə bilmərəm”

YAP-çı deputatlar qurultaydan xəbərsizdir: “Heç nə deyə bilmərəm”

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də növbədənkənar qurultaya gedəcəyi ilə bağlı məlumat yayılıb.

Hələlik hakim partiya yayılan məlumatı nə təsdiq, nə də təkzib edib. Məsələ ilə bağlı YAP-çı deputatlarla əlaqə saxladıq.

Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Cebhe.info-ya qurultaydan xəbərsiz olduğunu dedi.

“Məlumat YAP-ın mətbuat xidməti ilə dəqiqləşdirin”, - deyə deputat bildirib.

YAP-ın deputat korpusundan Hikmət Baba oğlu da bu haqda məlumatszı olduğunu deyib:

“Bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur. Ona görə də heç nə deyə bilmərəm”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1695