hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

YAP-ın İdarə Heyəti toplandı - Qərar qəbul edildi

YAP-ın İdarə Heyəti toplandı - Qərar qəbul edildi

Sentyabrın 13-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda  Yeni Azərbaycan Partiyasının  2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkilərinə  hazırlıq işləri müzakirə edilib, İcra Katibliyinin cari ilin iyun, iyul, avqust aylarında görülən işlərinə dair hesabatı dinlənilib.

Qeyd olunub ki, bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinə artıq start verilib. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Cəmiyyətdəki yüksək nüfuzu və zəngin seçki təcrübəsi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də uğur qazanılacağına əminlik ifadə edilib.

İclasda YAP İcra Katibliyinin ötən üç ay ərzində həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyəti qeyd edilib, onların, nəinki partiyanın həyatında, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirildiyi nəzərə çatdırılıb.

İclasda həmçinin, bir sıra cari məsələlər müzakirə edilmiş və müvafiq qərar qəbul edilib.

Cebhe.info


Oxunma sayı: 386