hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

YAP xalqın etimadını yenidən qazanmaq üçün bu addımı atır - DEPUTAT

YAP xalqın etimadını yenidən qazanmaq üçün bu addımı atır - DEPUTAT

“2016-cı ildə keçirilən referedumdan sonra növbədənkənar seçkilərin keçirilməsi üçün hüquqi baza yarandı. Referendumdan sonra növbədənkənar prezident seçkiləri keçirildi”. 

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Əli Hüseynli deyib. Ə.Hüseynli bildirib ki, parlamentin yenilənməsi cəmiyyətin müzakirəsində olan məsələdir. Ona görə də YAP belə bir təşəbbüslə çıxış etdi: 

“Bu, həm də YAP-ın siyasi mədəniyyətinin göstəricisidir. Müasir çağırışlara uyğun olaraq xalqın etimadının yenidən qazanılması üçün bu addım atılır. Növbədənkənar seçkilərin keçirilməsi niyyətini də bəyan etməliyik. Hesab edirəm ki, həm YAP üzvləri, həm də bitərəf deputatlar bu qərarı dəstəkləməlidirlər”. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 925