hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Yaponiya fövqəladə rejimi LƏĞV ETDİ

Yaponiya fövqəladə rejimi LƏĞV ETDİ

16 550 nəfərin koronavirusa yoluxduğu, 820 nəfərin vəfat etdiyi, 13 413 nəfər sağaldığı Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv olunub.

Cebhe.info xəbər verir ki, qərarı Baş nazir Sindze Abe elan edib.

Onun sözlərin görə, artıq bu rejimin davam etməsinə ehtiyac qalmayıb. Ancaq sosial məsafə, tibbi maskalardan istifadə zəruridir. Artıq ölkənin bütün əyalətlərində fvqəladə rejim aradan qaldırılıb.

Yoluxmanın ən çox olduğu Tokio, Kanaqava, Saytama, Tiba, Hokkaydo əyalətlərində qərar bu gündən qüvvəyə minib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1189