hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Yaponiya koronavirusa görə daha 18 ölkədən girişə QADAĞA QOYDU

Yaponiya koronavirusa görə daha 18 ölkədən girişə QADAĞA QOYDU

Yaponiya hökuməti koronavirus pandemiyası səbəbiylə girişi qadağan edilən ölkələrin siyahısını genişləndirərək, daha 18 ölkənin adını əlavə edib.

BİG.AZ-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, sakinlərinin Yaponiyaya giriş etmələrinə qadağa qoyulan ölkələrin və ərazilərin tam siyahısı Yaponiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Yenilənmiş siyahıya Kuba, Gürcüstan, Əlcəzair, Kamerun və digərləri əlavə olunub.

Xatırladaq ki, may ayında bu qadağa Azərbaycan vətəndaşlarına da aid edilmişdi.

İyun ayının əvvəlində Yaponiya Xarici İşlər Nazirliyi bu 18 ölkə üçün "səyahət təhlükəsi" səviyyəsini "üçüncü səviyyə"yə yüksəldib. Bu isə adıçəkilən dövlətlərə səyahətdən tamamilə imtina etməyi nəzərdə tutur. "Dördüncü səviyyə"də artıq evakuasiya üçün tövsiyələr verilir.

Cebhe.info


Oxunma sayı: 606