hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Yaponiya və ABŞ birgə hərbi təlim keçirəcək

Yaponiya və ABŞ birgə hərbi təlim keçirəcək

Yaponiyanın Özünümüdafiə Quru Qüvvələri ilə ABŞ 3 minə yaxın hərbçinin iştirakı ilə “Orient Shield” (“Şərq qalxan”) adlı təlim keçirəcək.

TASS xəbər verir ki, bunu Yaponiyanın müdafiə naziri Nobuo Kisi iyunun 22-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərbi manevr iyunun 24-dən iyulun 11-dək Yaponiyanın bütün baza və poliqonlarında keçiriləcək: “Bu, tarixdə ilk genişmiqyaslı təlim olacaq. Yaponiya ətrafında regional təhlükəsizlik daha da sərtləşir. Yaponiyanın Özünümüdafiə Quru Qüvvələri ilə ABŞ Silahlı Qüvvələri arasında əməkdaşlığın güclənməsi çox vacibdir”.

Qeyd edək ki, iki ölkə arasında “Orient Shield” birgə təlimi 1985-ci ildən keçirilir/Report.

Cebhe.info


Oxunma sayı: 540