hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Yaponiyada koronavirus yoluxanların sayı artdı

Yaponiyada koronavirus yoluxanların sayı artdı

Yaponiyada koronavirusa yoluxma halları kəskin şəkildə çoxalır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi xəbər yayıb.

Belə ki, son sutkada 400 yeni koronavirusa yoluxma halı qeydə alınıb

Paytaxtdakı yoluxmaların təxminən 65 faizi 20-30 yaşlı insanlar arasında qeydə alınıb, 44 nəfər bu yaxınlarda barlarda və əyləncə məkanlarında olub. Virusun ötürülmə mənbəyini 92 nəfərdə izləmək mümkün olmayıb.

Yaponiya hakimiyyəti Tokioda yeni halların artmasının ölkədə fövqəladə vəziyyət rejiminin yenidən tətbiq edilməsi üçün bir səbəb olmadığını vurğulayır, statistikanın pisləşməsini isə koronavirusun aşkarlanması üçün aparılan testlərinin sayının artması ilə əlaqələndirir.

Cebhe.info


Oxunma sayı: 2223