hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Yararsız rus silahları: “Ordumuzda ciddi problem yaradacaq texnika və silah-sursat yoxdur”

Yararsız rus silahları: “Ordumuzda ciddi problem yaradacaq texnika və silah-sursat yoxdur”

Xəbər verildiyi kimi, Rusiyanın Tver vilayətində "Su-30" təyyarəsi qəzaya uğrayıb. Məlumata görə, təyyarənin pilotları katapult edə biliblər və təyyarə meşəyə düşüb.

Bu bir daha rus hərbi texnikasının çağa uyğunlaşmadığını göstərir. Azərbaycanın hərbi mərkəzlərində də Rusiya istehsalı olan hərbi texnikalar -döyüş helikopterləri, radarlar və antiraket sistemləri var.

Düzdür, onların mövcudluğu çoxluq faiz təşkil etməsə də, Rusiyaya məxsus hərbi texnikaların olması və gələcəkdə döyüş zamanı həmin vasitələrdən istifadə narahatlıq doğurur.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan ordusunun hərbi hava qüvvələrində rus istehsalı olan texnikanın çox az faiz təşkil etdiyini bildirib. O, hazırda bu faizin azalmasına doğru gedildiyini də vurğulayıb:

“Əvvəlki illərə baxanda bu texnikanın sayı Azərbaycanda getdikcə azalır və bu proses sürətlə davam edir. Əvvəlki illərdə, yəni Azərbaycanda ordu yaranan vaxtlarda Rusiyadan texnika, silah-sursat almağa məcbur idik. İndi isə o alıcı ölkələrin coğrafiyası dəyişib. Bizim silah aldığımız ölkələr Pakistan, Türkiyə, Belarus, Çin, İsrail və Cənibi Afrikadır. Onu da deyim ki, Azərbaycanda ciddi problem yaradacaq texnika və silah-sursat yoxdur. Bizim döyüş təyyarələrimiz və helikopterlərimiz yenidən modernləşdirilib və sınaqdan keçirilib. Yəni ciddi narahatçılığa əsas yoxdur. Bundan əlavə Azərbaycan Fransa, İtaliya və digər ölkələrdən təyyarələr alıb ki, onlar bu gün həm təlim təyyarələri kimi istifadə olunur, həm də gələcəkdə çox rahatlıqla döyüş təyyarələri kimi istiadə ediləcək”.

Ekspert Rusiyada baş verən təyyarı qəzasına da toxunub. O, deyib ki, əslində məlumat dəqiqləşdirilməmiş və çaşdırıcı formada verilib:

“Belə bir məlumat var ki, o təyyarə qəzaya uğramayıb, onu özləri vurublar. Bir müddət əvvəl də öz tanklarını təlim vaxtı özləri vurmuşdurlar. İndi də təyyarəni vurubar. Bir qədər sonra məlumat araşdırılacaq və konkret bilgi veriləcək. Belə götürəndə həmin təyyarə də müasir texnikadı. Amma müəyyən problemlər və çatışmazlıqları var”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1838

Bizim Telegram səhifəmizi izləyin