hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi açıldı

Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi açıldı

Ağdaş rayonunda yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb.

Cebhe.info DİN-ə istinadla xəbər verir ki, mayın 21-də Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan şəhər sakini Ə.Əzizov ictimai yerdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Cebhe.info


Oxunma sayı: 474