hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Yaşı 40 min ildən çox olan canavar başı tapılıb

Yaşı 40 min ildən çox olan canavar başı tapılıb

Yakutiyada mütəxəssislər 40 min ildən çox qarın altında qalan canavar başını aşkar ediblər.

Cebhe.info-nun məlumatına görə, qarın altında qalan canavarın başının dərisi və dişləri olduğu kimi qalıb. Başın ölçüsü təxminən 41 sm. təşkil edir. Bu da keçmişdə yaşayan canavarların müasir canavarlardan fərqli olduqlarını göstərir.

Yakutiya Elmlər Akademiyasının mamont faunası şöbəsinin rəhbəri professor Albert Protopopov deyib ki, bölgədə havanın temperaturu artdıqca buna oxşar tapıntlarla qarşılaşacaqlar.

Qeyd edək ki, hazırda Yaponiya və İsveçdən dəvət edilmiş ən güclü mütəxəssislər canavar başının araşdırması ilə məşğuldur.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 430