hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Yataqxanada yaşayan 19 yaşlı qazinin anası icra orqanlarından şikayətçidir: “Maraqlanmırlar”

Yataqxanada yaşayan 19 yaşlı qazinin anası icra orqanlarından şikayətçidir: “Maraqlanmırlar”

Vətən müharibəsinin iştirakçılarından biri də Qazax rayonundan olan 19 yaşlı Musayev Kənan Nadir oğludur.

Kənan Musayev ağır döyüşlər zamanı sol ayağını itirib. Maddi vəziyyəti ağır olan ailə Qarabağ qazisinə nə rayon icra nümayəndəliyinin, nə də səhiyyə orqanlarının kömək göstərdiyini bildirir.

Cebhe.info Kənan Musayev anası Məmmədova Məhəbbət xanımın ürək dağlayan məktubunu təqdim edir:

"Mən Məmmədova Məhəbbət Seyfəddin qızı oğlum, 15.11.2001-ci ildə Qazax rayonunda anadan olan Musayev Kənan Nadir oğlu ilə birgə Əli Şıxlinski küçəsində yerləşən KTT yataqxanasında yaşayırıq. Mən işsiz qadınam, gəlir yerim yoxdur. Maddi cəhətdən çətinliyim var. Oğlum 08.01.2020-ci ildə hərbi xidmətə yollanmışdı. 03.10.2020-ci ildə Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, heç kəs maraqlanmır. Nə Qazax rayonu icra başçısı, nə şəhər nümayəndəliyi, nə hərbi komissarlıq, nə də səhiyyə idarəsi maraqlanır. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər. Hələ bir xəbər yoxdur. Oğlumla hərbi komissarlığa gedib, hərbi bileti haqqında məlumat verdik. Düzələcək deyib, bizi yola saldılar. Amma hələ bir xəbər yoxdur. Səsimə səs versinlər".

Ümid edirik ki, Vətən uğrunda sağlamlığını itirmiş qazimiz tezliklə aidiyyəti qurumların nəzarətinə götürüləcək.

Eyni zamanda, ailənin əlaqə nömrəsini də qeyd edirik: +994 55 520 97 59

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2388

Bizim Telegram səhifəmizi izləyin