hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Yavuz Ağıralioğlu: “1918-ci ildə Nuru paşa hansı qərarlılıqla Azərbaycanın yanında idisə..."

Yavuz Ağıralioğlu: “1918-ci ildə Nuru paşa hansı qərarlılıqla Azərbaycanın yanında idisə..."

“Azərbaycanın milli şairi Əhməd Cavad bütün Türk dünyasının hüznlə söylədiyi “Çırpınırdı Qara dəniz” şeirini 1914-cü ildə Gəncədə yazdı. Bu şeir 1918-ci ildə Nuru Paşanın Azərbaycanı erməni və rus hücumlarından qurtarmaq iradəsindən sonra mahnı kimi bəstələndi və yüz ildir ki, bəzən hüzünlə, bəzən də coşqu ilə söyləyirik. Bu tarixi yaddaşımızı təzələyən bir şeirdir. Bizim heç kəsin torpağında gözümüz olmadı. Yaşadığım zülmü, haqqı, hüququ duyururuq”.

Cebhe.info xəbər verir ki, bunu İYİ Partiya İstanbul millət vəkili Yavuz Ağıralioğlu "Haber Türk" telekanalının efirində səsləndirib:

Millət vəkili qeyd edib ki, Azərbaycanın hazırkı mövqeyi onun qərarlılığını göstərir:

“Deyək ki, Azərbaycanı razı salmağa çalışdılar. Tutaq ki, danışıqlar masası quruldu. Danışıqlar masasının qurulması Azərbaycanı razı salmaq anlamına gəlməz. Azərbaycanı razı olmağa məcbur etməyə çalışacaqlar. Yəni deyəcəklər ki, azad etdiyiniz ərazilər sizə yetər, çox da abartmayın. Tutaq ki, Azərbaycanı son vəziyyətdə buna məcbur etməyə müvəffəq oldular. Azərbaycan sadəcə, indilik şərti ilə gücü yetməz buna razı olar. Amma mövqeyini Çanaqqalada olduğu kimi bəyan etməkbir qərarlılıq bəyanıdır. Biz bu coğrafiyada Orta Asiyaya sürgün ediləcəyimiz günlərdə qərarlılıq bəyan etdik. Ərzurum, Amasya, Sivas konqreslərindəki həmin qəti mövqelərimizin nəticələrini canımızla gözləməyə qərar verdik. Sonra bu qərarlılığımızı daha da qətiləşdirdik. Bunun üçün savaşdan qaçan övladlarımızı asmağı gözə aldıq. Məhz bu qərarlılığımızın nəticəsində indiki 83 milyonluq əhalisi olan böyük bir ölkə- Türkiyə Cümhuriyyəti var oldu. İndi də eyni qərarlılıqla gözləyəcəyik. 1918-ci ildə Nuru paşa hansı qətiyyətlə Azərbaycanın yanındaydısa, bizdə Nuru paşa və Ənvər paşaya hörmət olaraq eyni qərarlılıqla Azərbaycanın yanında olacağıq”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1178

Bizim Telegram səhifəmizi izləyin