hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

Yaxın Şərq uğrunda mübarizə: Fransa hansı tərəfdə olacaq...

Yaxın Şərq uğrunda mübarizə: Fransa hansı tərəfdə olacaq...

“Fransanın Suriyada səfirlik açması Türkiyəyə qarşı yönəlib”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron parlamentin razılığı ilə Suriyaya səfir təyin edib.

9 il sonra ilk dəfə Dəməşqə təyin edilən səfir Bricet Kurmi Avropada tanınmış diplomatlardan sayılır.

Fransa hökuməti Suriyada vətəndaş müharibəsi başladıqdan sonra Şamdakı səfirliyini bağlamışdı. Yeni səfirin təyin olunması isə Fransanın Əsəd rejimini legitim hakimiyyət sayması kimi dəyərləndirilir.

Bundan başqa, Fransanın xarici siyasətində Yaxın Şərq prioritet təşkil edib. Fransa, Yaxın Şərqdə ABŞ-la geosiyasi üstünlük uğrunda rəqabət aparıb.

Uzun müddət Livan Fransanın siyasi protektaratı hesab edilib. 1979-cu ildə İranda İslam inqilabının baş verməsində Fransa təşkilatçılıq edib. Son illər isə Fransanın siyasi fəallığı daha çox Liviyada feldmarşal Həftərin başçılıq etdiyi qiyamçılara hərbi dəstək verilməsində özünü göstərib.

Suriyaya gəlincə, Fransa bu ölkədə YPG terror təşkilatını silahlandırıb. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatları zamanı aşkar olunan PKK-çıların gizlənməsi və əlaqə saxlaması üçün yeraltı beton tunellərin də Fransa şirkətləri tərəfindən inşa olunduğu müəyyən edilmişdi.

Qabil Hüseynli hesab edir ki, Fransa Şarl de Qollun hakimiyyəti dövrü istisna olmaqla Fransanın siyasəti qatı imperialist xarakter daşıyıb:

“Makron hakimiyyətə gəldikdən sonra Fransanın xarici siyasətində neomüstəmləkəçilik ənənələri üstünlük təşkil edir. Bu nöqteyi-nəzərdən Suriya ilə diplomatik əlaqələrin bərpası Türkiyəyə münasibətdən qaynaqlanır. Çünki Türkiyə cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün yenə də əməliyyatlar keçirəcəyini bildirir. Aralıq və Egey dənizlərində Türkiyənin faydalı qazıntılar axtarması Fransanı narahat edir.

Avropa ölkələri içərisində islamafobiya və türkafobiyanın ən çox yayıldığı ölkə Fransadır. Fransızlar Avropanın ən millətçi xalqıdır. Fransa özünü imperialist dövlət kimi aparmağa çalışır, amma buna nail ola bilmirlər”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1035