hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Yaxşı işləmək üçün motivasiyanı nədən almaq olar?

Yaxşı işləmək üçün motivasiyanı nədən almaq olar?

İşdən qovulma təhlükəsi yaxşı işləməyin ən yaxşı motivasiyasıdır.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən şirkət rəhbərlərinin açıqlamalarına istinadən RBK məlumat yayıb.

Məlumata görə, Rusiyada fəaliyyət göstərən şirkət rəhbərlərinin arasında "Rabota.ru" servisi "Yaxşı işləmək üçün motivasiyanı nədən almaq olar?" sualı ilə sorğu keçirib.

Sorğuda iştirak edən şirkət rəhbərlərinin 22 faizi, məhz işdən qovulma təhlükəsini hiss etdikdə işçilərin daha yaxşı işləməsini etiraf ediblər, 39 faiz şirkət rəhbəri bu fikirlə razılaşıb, 39 faiz şirkət rəhbəri isə beləhalın yolverilməz olduğunu qeyd edib.

9 faiz şirkət rəhbəri isə cərimə edilməyin yaxşı işləməyə motivasiya verdiyini bildirib. Bu mənada cərimə edilmələr sisteminə işə gecikmə, pis vərdişlər, müştəri şikayəti və s. aiddir.

Qeyd edək ki, sözügedən sorğuda mindən çox rusiyalı şirkət rəhbəri iştirak edib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 3576

Bizim Telegram səhifəmizi izləyin