hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Yazıçı Anar karantinin bitməsini gözləyir: “Təkliflərə baxacaq”

Yazıçı Anar karantinin bitməsini gözləyir: “Təkliflərə baxacaq”

Vətən müharibəsinin qəhrəmanlarının bəziləri artıq aramızda olmasa da, qəhrəmanlıqları barədə yazılır və hələ çox yazılacaq.

Oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə böyükdən-kiçiyə hər kəsin yaddaşına həkk olan şəhid Yusifzadə Xudayar, topun qarşısındakı məğrur duruşu ilə film posterlərini xatırladan Vüsal Şahkərimov, onlarla digərləri çoxumuzun tanıdığı qəhrəmanlarımızdır. Ancaq hələ tanımadığımız, haqqında eşitmədiyimiz yüzlərlə belə igidlərimiz var.

Bəs belə qəhrəmanlarımız haqqında bədii mətnlər, kitablar yazılırmı? Onların gələcək nəsillərə də tanıtdırılması üçün hansı işlər görülür?

Cebhe.info-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin şöbə rəhbəri Sayman Aruz bildirib ki, bu barədə artıq yazılar var:

“Əlbəttə ki, qalib Azərbaycanın qəhrəman igidləri, şəhidləri və qaziləri ilə bağlı yazılar var və bu barədə yazılacaq da. Azərbaycan Yazıçılar Birliyinin üzvləri də hər zaman qəhrəmanlıq, vətənpərvərlik mövzularında qabaqcıl olublar. Hazırda da yazırlar. Mənim özümə də çoxlu sayda yazılar, şeirlər göndərirlər. Zamanla da bunlar həm qəzetlərdə, həm jurnallarda, həm də kitab halında dərc olunacaq. Ümumiyyətlə hesab edirəm ki, bundan sonrakı Azərbaycan ədəbiyyatı qələbəyə köklənən, qəhrəmanlığı təbliğ edən ədəbiyyat olacaq“.

Yazıçı həmçinin qeyd edib ki, hazırkı karantin rejimi ilə əlaqədar bir sıra planlar təxirə düşsə də, tezliklə müxtəlif müsabiqələr gözlənilir. “Xalq yazıçımız Anar mövcud karantin rejiminin yumşaldılmasından sonra təkliflərə baxıb, dəyərləndirmə aparacaq. Bu barədə də saytımızda məlumat verəcəyik”.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 1530