hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Yeni agentliyin direktorundan media ilə bağlı AÇIQLAMA

Yeni agentliyin direktorundan media ilə bağlı AÇIQLAMA

“Jurnalist və media subyekti blokunu bir-birindən ayırmağa hazırda ehtiyac var. Biz müəyyən etməliyik, normativ hüquqi baza baxımından “media subyekti” anlayışı və media subyektlərinin bölgüsünü tam əhatə etməliyik”.

Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real tv”yə müsahibəsində deyib.

“Jurnalist və jurnalistin statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu anlayışlara aydınlıq gətirildikdən sonra bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək”, - bildirib.

Ə.İsmayılov daha sonra deyib: “Agentlik olaraq, media subyektləri, jurnalistlər və media sahəsində çalışan ekspertlər tərəfindən verilən təkliflərə həmişə açığıq. Müzakirələrə açığıq. Onların təkliflərini müzakirə etməyə həmişə hazırıq. Onlar bu istiqamətdə bütün səylərini əsirgəməsinlər”.

Cebhe.info


Oxunma sayı: 749

Bizim Telegram səhifəmizi izləyin