hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Yeni Baş Plan Bakımıza nə verəcək? - AÇIQLAMA

Yeni Baş Plan Bakımıza nə verəcək? - AÇIQLAMA

İyunun 12-də Baş nazir Novruz Məmmədov tərəfindən Quba şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair "Quba şəhərinin Baş planı" təsdiq edilib.

Görəsən, Bakının Baş planı nə vaxt təsdiq ediləcək?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova Bakının Baş planının ən gec il yarıma təsdiqlənəcəyini bildirib:

“Baş planı verməklə deyil, təsdiqlənmə həmin ərazinin kim tərəfindən bərpa olunacağı, tikiləcəyi ilə bağlıdır. Bu qərarlaşdıqdan sonra Baş planın obyektiv şəkildə təsdiqlənməsi gözlənilir. Bütün rayonlar üçün baş plan birdən həll olunur. Qəbələ, Qusar kimi rayonların baş planları bu ərazilərin kim tərəfindən bərpa olunacağı müəyyənləşdikdən sonra təsdiqlənəcək.

Hazırda Bakının Baş planının təsdiqlənəcəyi sual altındadır. Çünki çox şeylər sökülməli və yeni tikililər mövcüd olmalıdır. Baş planla bağlı hələ danışıqlar gedir, bir neçə yeraltı abidələrimiz var ki, onları restoran, kafe şəklində istifadə edirlər. Baş plan hazırda çox müəmmalıdır.

Köhnə evlərin hamısının altı arkalı yollardır. Bu isə bizdən əvvəlki sivilizasiyanın hamısının yer altında qalmasıdır. Hazırkı vəziyyət tam şəkildə öyrənilməli, harda nəyin tikilib söküləcəyi müəyyənləşməlidir, ancaq bundan sonra planın təsdiqi mümkün olacaq. Elə yerlər var ki, bərpa olunur. Bərpa olunduqdan sonra, əlbəttə ki, təsdiqlənəcək”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 309