hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Yeni doğulmuş körpələrdə nadir genetik xəstəlik yoxlanılacaq

Yeni doğulmuş körpələrdə nadir genetik xəstəlik yoxlanılacaq

Rusiyada yeni doğulmuş körpələr üzərində nadir genetik xəstəlik olan onurğa əzələ atrofiyası xəstəliyi yoxlanılacaq.

Cebhe.info xəbər verir ki, bunu həyata keçirmək üçün Rusiya Səhiyyə naziri Mixail Mişustin əmr verib. Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Rusiya Səhiyyə Nazirliyi bu əmrlə əlaqədar məsələləri cari ilin sentyabrın 1-nə kimi işləyəcək. Tədqiqatlara isə gələn ildən başlanılacağı nəzərdə tutulub.

Qeyd edək ki, Mişustin həmçinin pilot layihənin-hamilə qadınlarda genetik test aparılmasının da həyata keçirilməsinə dair əmr verib. Mişustinin sözlərinə görə, bu prosedur erkən hamiləlik dövründə xromosom anomaliyasının aşkar edilməsinə yardımçı olacaq.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1013