hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Yeni işgüzar turizm məhsulları yaradılacaq

Yeni işgüzar turizm məhsulları yaradılacaq

Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq. 

Dövlət Turizm Agentliyindən Cebhe.info-ya verilən məlumata görə, sentyabrın 19-da İşgüzar Tədbirlər Sənayesi Alyansı təşkilat üzvləri ilə keçirilən görüşdə işçi qrupunun yaradılmasına qərar verib. İlkin mərhələdə 10 nümayəndənin qatıldığı işçi qrupu yeni işgüzar turizm məhsullarının yaradılmasına dəstək göstərəcək. Tədbirdə Azərbaycanın işgüzar turizm sənayesini təmsil edən və Alyansa üzv olan 35-ə yaxın şirkətin 80 nümayəndəsi iştirak edib. Görüşdə çıxış edən işgüzar tədbirlər sahəsində ixtisaslaşmış avstriyalı ekspert İvo Franşitz Azərbaycanı yeni işgüzar tədbirlər məkanı kimi tanıtmaq üçün Azərbaycan Konqreslər Bürosunun və sənaye iştirakçılarının birgə əməkdaşlığının əhəmiyyətindən danışıb. O qeyd edib ki, üzvlər arasında birgə və koordinasiyalı fəaliyyət, bununla bərabər daxili resurslardan doğru şəkildə istifadə etmək işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını daha da artıracaq. Xatırladaq ki, iyulun 11-də İşgüzar Tədbirlər Sənayesi Alyansının rəsmi təqdimat mərasimi keçirilib. 

Alyansın yaradılmasından məqsəd beynəlxalq konqres, konfrans, forum və biznes görüşlərinin Azərbaycanda keçirilməsinə nail olmaq və bunu intensivləşdirməkdir. 

Cebhe.info


Oxunma sayı: 485